PH
Hidrogen göstəricisi (pH) — məhlullarda hidrogen ionlarının konsentrasiyasını və ya aktivliyini səciyyələndirən kəmiyyət. Bu kəmiyyət 1 litrdə hidrogen ionlarının (qram-ionlarla) konsentrasiyasının mənfi onluq loqarifminə bərabərdir. pH=-lg[H+]. Burada H+ hidrogen ionlarının konsentrasiyasıdır. Saf suda [H+]=[OH]=10−7. 25°C-də pH>7 olan məhlullar qələvi, pH≈7 neytral, pH<7 — turş məhlullardır. Şüşə elektrodlu elektrometrlə (potensiometr) ölçülür. pH (hidrogen göstərici) çöküntütoplanma mühitinin qələvi-turşu tarazlığını səciyyələndirir. Məsələn, pH>7 kalsitin çökməsinə səbəb olur. Mineral suspenziyalarının pH (hidrogen göstərici) əlavə diaqnostik əlamət kimi istifadə edilə bilər (kaolinitin pH 6,4–6,9, montmorillonitin 7,9–9,8, kalsitin 9,4–9,5, dolomitin 9,6–10,1).